IMG-LOGO

ABŞ şirkətləri Venesuelanın neft-qaz sektoruna 100 milyard dollar yatıracaq

09 Jan 2026 13:46 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Venesuelanın enerji sektoruna investisiyaları müzakirə etmək üçün bu gün ölkənin iri neft şirkətlərinin nümayəndələri ilə görüşəcəyini bildirib.

"Report" xəvər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Siyasi məhbusların azad edilməsi vacib və ağıllı addımdır. ABŞ və Venesuela neft-qaz infrastrukturunun daha geniş miqyasda, daha keyfiyyətli və müasir formada bərpasında uğurla əməkdaşlıq edir. İri neft şirkətləri ən azı 100 milyard dollar investisiya yatırırlar", - o yazıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Venesuelaya qarşı gözlənilən ikinci dalğa zərbələrini ləğv edib, lakin ABŞ donanması öz mövqelərində qalacaq.

Xəbər lenti