IMG-LOGO

Ginnesin Rekordlar Kitabına düşmüş ikiqat olimpiya çempionu vəfat edib

09 Jan 2026 12:34 5 baxış
IMG

SSRİ millisinin tərkibində ikiqat olimpiya çempionu (1976, 1980) olan basketbolçu Ulyana Semyonova 73 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Latviya Basketbol Assosiasiyası məlumat yayıb.

Semyonova sovet dönəminin ən titullu qadın basketbolçusudur. O, 2.10 metr boyu ilə tarixdə ən ucaboy peşəkar qadın basketbolçu kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

İdmançı SSRİ millisinin heyətində üç dəfə dünya (1971, 1975, 1983), 10 dəfə Avropa (1968, 1970, 1972, 1974, 1976, 1978, 1980, 1981, 1983, 1985) çempionatının qalibi olub. O, həmçinin gənclər arasında üçqat Avropa çempionudur (1967, 1969, 1071).

Qeyd edək ki, Ulyana Semyonova 1993-cü ildə Sprinqfilddə Dünya Basketbol Şöhrət Zalına daxil edilib. O, bu şərəfə layiq görülən ilk avropalı idmançı olub. 1999-cu ildə isə Noksvilldəki Qadın Basketbolu Şöhrət Zalına, 2007-ci ildə Beynəlxalq Basketbol Federasiyasının Şöhrət Zalına daxil edilib.

Xəbər lenti