IMG-LOGO

Rusiyanın kütləvi hava hücumu nəticəsində Kiyevdə humanitar böhran yaranıb

09 Jan 2026 11:31 7 baxış
IMG

Kiyevə yanvarın 9-da Rusiya ordusu tərəfindən edilən kütləvi hava hücumları nəticəsində Ukraynanın paytaxtında ciddi humanitar böhran yaranıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, zərbələrin ardınca paytaxtın əksər rayonlarında elektrik enerjisi və suyun verilişi dayanıb.

Şəhərdə Dneprin sağ sahil rayonları - Şevçenko, Peçerski, Salomen və Qoloseyev, sol sahildəki isə bütün rayonlar hazırda işıqsız və susuz qalıb.

Bununla yanaşı, artıq iki həftədir Ukrayna paytaxtında fasiləsiz qar yağıntısı və mənfi 10 dərəcəyə qədər şaxta müşahidə olunur.

Qeyd edək ki, yanvarın 9-da Kiyevə endirilən zərbələr nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Xəbər lenti