Yaponiya müdafiə naziri Sindziro Koidzumi 12-18 yanvar tarixlərində ABŞ-yə səfər edəcək.
"Report" "Japan times"a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı bildirib.
"Pentaqon rəhbəri Pit Heqsetlə görüşüm zamanı təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etmək niyyətindəyəm", - o qeyd edib.
Müdafiə Nazirliyinin saytında Koidzuminin dərc etdiyi səfər proqramına əsasən, o, yanvarın 12-də Hind-Sakit okean komandanlığını ziyarət edəcək və Honoluluda müdafiə festivalında çıxış edəcək. Daha sonra o, Los-Ancelesə gedəcək, orada müdafiə sənayesi nümayəndələri ilə görüşməyi planlaşdırır, sonra isə Heqsetlə danışıqlar üçün Vaşinqtona gedəcək.
ABŞ və Yaponiya müdafiə nazirlərinin görüşü yanvarın 15-nə planlaşdırılıb.