IMG-LOGO

Putin və Modi Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

15.01.2024 17:12 101 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi telefon danışığı zamanı bir-birinə qarşıdan gələn seçkilərdə uğurlar arzulayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Onlar Ukrayna ətrafındakı vəziyyəti və digər beynəlxalq mövzuları müzakirə ediblər.

N.Modi V.Putinlə danışıqlarda Hindistanın Rusiyanın BRİKS-də sədrliyinin məqsəd və vəzifələrinin həyata keçirilməsinə töhfə vermək niyyətində olduğunu da qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti