Angina və ya kəskin tonzillit yuxarı tənəffüs yollarının ən geniş yayılmış və ən narahatedici infeksion xəstəliklərindən biridir. Bu xəstəlik tez-tez narahatlıq, diskomfort və ağrılı əlamətlərlə müşayiət olunur.
Lent.az xəbər verir ki, angina (kəskin tonzillit) badamcıqların iltihabı ilə müşayiət olunan infeksion xəstəlikdir.
Törədicisindən asılı olaraq angina iki növə ayrılır: virus mənşəli və bakterial angina.
Virus mənşəli formada iltihaba adenoviruslar, Koksaki virusu və digər respirator viruslar səbəb olur. Bakterial formada isə ən çox A qrup streptokoklar, daha nadir hallarda isə stafilokoklar müşahidə olunur. Statistikaya görə, hər il əhalinin təxminən 10 faizi angina ilə xəstələnir və uşaqlarda bu xəstəlik böyüklərlə müqayisədə beş dəfə daha çox rast gəlinir.
Anginanın əsas əlamətləri
Boğaz ağrısı Bədən temperaturunun yüksəlməsi Badamcıqlar üzərində ərp və ya örtük Limfa düyünlərinin böyüməsi Ümumi zəiflik və halsızlıq Baş ağrısı
Ağızdan xoşagəlməz qoxu. Bu, udlaqda patogen mikroorqanizmlərin mövcudluğu ilə əlaqəli ola bilər
Anginanın yaranma səbəbləri
Anginanın inkişafına səbəb ola biləcək amillərə xüsusi diqqət yetirilməlidir:
Bakterial infeksiyalar Virus infeksiyaları Difteriya törədiciləri Epşteyn–Barr virusu və sitomeqalovirus Herpes virusları Abioloji bakteriyalar Göbələk yoluxmaları Xroniki xəstəliklərin kəskinləşməsi Xəstə insanla təmas
Sağlıq angina xəstəliklər virus