Ağıllı telefonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Oyandığımız andan gecə yatana qədər əlimizdən düşməyən bu cihazlar çox vaxt çarpayının yanında, hətta yastığın altında saxlanılır. Lakin mütəxəssislərin fikrincə, bu vərdiş fərqinə varmadan ciddi sağlamlıq problemlərinə yol açır və insanı tədricən qocaldır.
Lent.az bu detalları təqdim edir:
Telefonu başa yaxın yerdə şarjda saxlayaraq yatmaq həm yuxu keyfiyyətini aşağı salır, həm də bioloji ritmi pozur. Mütəxəssislər bildirirlər ki, elektromaqnit sahəsinə məruz qalmanın təsiri düşündüyümüzdən qat-qat çoxdur.
Yuxunu pozur
Mütəxəssislərin sözlərinə görə, şarj kabeli və mobil telefon elektromaqnit sahəsi yaradır. Bu sahənin təsir dairəsində qalmaq, xüsusilə yuxu zamanı beynin yuxu mərhələlərinə keçməsini çətinləşdirir. Bərpaedici yuxu baş tutmadığı üçün insan səhərlər özünü dincəlmiş hiss etmir.
Az yatmaq üstünlük deyil
Bir çox insan daha səmərəli yaşamaq üçün az yatmağın mümkün olduğunu düşünür. Lakin yetkin bir insanın məhsuldar ola bilməsi üçün gündə 7-8 saat yuxuya ehtiyacı var. Uzun illər davam edən keyfiyyətsiz yuxu qısa müddətdə yorğunluq yaratsa da, uzunmüddətli perspektivdə orqanizmdə qalıcı dəyişikliklərə səbəb olur.
Yuxu saatına diqqət yetirin
Mütəxəssislər bildirirlər ki, yuxunun müddəti qədər, vaxtı da vacibdir. Əgər insan saat 22:00-23:00 aralığında yatmırsa, bədənin “sirkadiyen ritm” adlanan təbii dövrü pozulur. Bu isə gecə tez-tez oyanmağa, səthi yuxuya və gün ərzində yenidən tez yorulmağa səbəb olur.
“Öldürücü” hüceyrələr 70% azalır
Aparılan araşdırmalar göstərir ki, gündə 6 saatdan az yatmaq immun sistemində mühüm rol oynayan öldürücü T hüceyrələrinin sayını təxminən 70% azaldır. Bu hal həm xərçəng riskini, həm də infeksiyalara yoluxma ehtimalını artırır.
İnsulin müqavimətinə səbəb olur
Yuxusuzluq orqanizmin toksinləri təmizləmə prosesini də ləngidir və erkən demensiya (bunama) riskini artırır. Bununla yanaşı, qan şəkəri səviyyəsinə də ciddi təsir göstərir. Tədqiqatlar sübut edir ki, 6 gün ərzində cəmi 4–5 saat yatmaq, hətta sağlam insanlarda belə insulin müqavimətinin yaranmasına səbəb ola bilər. Mütəxəssislər gecə saatlarında telefonu başdan uzaqda saxlamağı, şarjda ikən yataq otağında qoymamağı və sağlam yuxu rejimi formalaşdırmağı tövsiyə edirlər. Bu sadə dəyişiklik həm sağlamlığı qorumağa, həm də vaxtından əvvəl qocalmanın qarşısını almağa kömək edə bilər.
Sosial yuxu problemləri