IMG-LOGO

Yıldız Tilbedən illər sonra ETİRAF: “Uşaqlıqda qulağımı itirdim”

09 Jan 2026 10:28 7 baxış
IMG
0 0

Bəd nəzərə çox inandığını deyən Türkiyənin ulduz müğənnisi Yıldız Tilbe qatıldığı proqramda uşaqlıqda keçirdiyi qəzanı danışıb, aylarla xəstəxanada qaldığını və sağ qulağını itirdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, sosial media paylaşımları və açıqlamaları ilə tez-tez gündəmə gələn Yıldız Tilbe qatıldığı televiziya proqramında uşaqlıq illərinə dair diqqətçəkən etiraflar edib. Məşhur müğənni bəd nəzərə çox inandığını və uşaq yaşlarında keçirdiyi ağır qəzanı xatırladıb.

“Delikanlım”, “Hastayım Sana”, “Haberi Olsun”, “Çabuk Olalım Aşkım” kimi mahnıları ilə tanınan Yıldız Tilbe altı bacı-qardaşın ən kiçiyi olduğunu bildirib.

“QARDAŞLARIM BELƏ MƏNİ TANIYA BİLMƏMİŞDİ”

Uşaqlıq illərində ağır bir qəza keçirdiyini deyən Tilbe yaşadıqlarını belə izah edib:

“Məni görən hər kəs nə qədər gözəl uşaqdır deyirmiş. Bir gün bəd nəzəri dəyən biri bizə qonaq gəldi. Ay bu qız nə qədər gözəldir deyəndə mən də balaca idim, qaz ocağında qaynayan su dolu çaydanı üstümə çəkmişəm və yanmışam. Altı ay xəstəxanada qaldım. Qardaşlarım ziyarətə gələndə məni tanıya bilməyiblər. Həkimlər yaşamaz demişdi, amma yaşamışam.”

“BƏD NƏZƏRƏ ÇOX İNANIRAM”

Bu hadisədən sonra bəd nəzərə olan inancının daha da gücləndiyini deyən sənətçi, “Ona görə üzərimdə həmişə qara zirə gəzdirirəm. Çünki qara zirə gəzdirən adama nəzər dəyməzmiş” deyib.

SAĞ QULAĞINI İTİRDİYİNİ AÇIQLADI

59 yaşlı sənətçi keçirdiyi qəzanın qalıcı fəsadı olduğunu da bildirib: “Üstümə çay töküldükdən sonra sağ qulağımı itirdim, sağ qulağım eşitmir.”

“YEGANƏ PEŞMANLIĞIM EVLİLİKDİR”

Şəxsi həyatı ilə bağlı da səmimi danışan Tilbe geriyə baxanda yeganə peşmanlığının evlilik olduğunu söyləyib. “35–40 yaşıma qədər heç evlənməzdim” deyən sənətçi bir qızı və iki nəvəsi olduğunu xatırladıb.

Qızını göz önündə böyütmək istəmədiyini bildirən Yıldız Tilbe, “Qızımın öz həyatı olsun istədim, ona görə də onu ekrana çıxarmadım” sözləri ilə açıqlamasını tamamlayıb.

Yıldız Tilbe uşaqlıq xatirəsi qəza sağ qulaq itkisi nazar inancı Gel Konuşalım məşhurlar xəbəri

Xəbər lenti