Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yanvarın 22-də Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Belə ki, qəbul zamanı vətəndaşların Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 9 - 13 yanvar tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.