ABŞ Prezidenti Donald Tramp gələn həftə Venesuela parlamentinin keçmiş müxalifət üzvü Mariya Korina Maçado ilə görüşə biləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, o, bu açıqlamanı "Fox News"a verdiyi müsahibədə deyib.
"Onun gələn həftənin birində gələcəyini başa düşürəm və onu salamlamağı səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, o, bunu etmək istəyir", - deyə Tramp bildirib.
Maçado dekabr ayında Nobel Sülh Mükafatını şəxsən almaq məqsədilə Osloya getmək üçün 2025-ci ildə Venesuelanı tərk edib. Lakin o, mərasimə çata bilməyib; qızı mükafatı qəbul edib. Onun hazırda harada olduğu məlum deyil.