Danimarkanın ABŞ-dakı səfiri Yesper Meller Serensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İsbosetsen Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüblər.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Mənbələr bildirib ki, məsləhətləşmələrdə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın Amerikaya qoşulmasının zəruriliyi ilə bağlı açıqlamaları müzakirə olunub.
Qeyd edilib ki, Serensen və İsbosetsen ABŞ qanunvericilərini və Vaşinqton administrasiyasının əas rəsmilərini bu cür çağırışları dəstəkləməməyə inandırmağa çalışıblar.
Agentliyin məlumatına görə, diplomatlar bu həftə ABŞ Konqresinin üzvləri ilə görüşəcəklər. Gələn həftə ABŞ dövlət katibi Marko Rubio Danimarka rəsmilərini qəbul edəcək.