IMG-LOGO

Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir

09 Jan 2026 02:40 7 baxış
IMG

Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanı paytaxtı Kiyev daxil olmaqla ölkənin bir çox şəhərlərinə yenidən kütləvi dron və raket hücumlarına başlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtın Dneprovsk, Peçer və Solomen rayonlarında hazırda partlayış səsləri eşidilir və Desnyansk rayonunda isə yanğınlar başlayıb.

Şəhər hərbi rəhbərliyi sakinlərdən sığınacaqlardan çıxmamaları barədə göstəriş verib, zərbələrin davam edəcəyini barədə xəbərdarlıq edib.

Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtında gecə ərzində ikinci dəfə partlayışlar baş verib: "Obolonda güclü partlayışlar qeydə alınıb. Paytaxta hücum davam edir".

Lvovda isə hava hücumu xəbərdarlığı zamanı bir sıra güclü partlayışlar baş verib. Şəhər meri Andriy Sadovyi partlayışların qeydə alındığını təsdiqləyib. O bildirib ki, hadisənin dəqiq mahiyyəti və konkret ərazi araşdırılır.

Xəbər lenti