IMG-LOGO

KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur

09 Jan 2026 01:34 9 baxış
IMG

Danimarka hərbçiləri ölkə ərazisinə müdaxilə halında xəbərdarlıq etmədən və komandanlığın əlavə əmri olmadan atəş açmağa borcludurlar.

"Report" xəbər verir ki, bu barədə "Berlingske" qəzeti 1952-ci il tarixli bir əmrə istinadən məlumat yayıb.

Qəzet əmrdən bir hissəni sitat gətirib: "Gözləmədən və ya məruzə etmədən döyüşə daxil olmaq".

Ölkənin Müdafiə Nazirliyi qəzetə təsdiqləyib ki, əmr qüvvədə qalacaq, yəni Amerika qüvvələrinin hücumuna məruz qalacağı təqdirdə Qrenlandiyadakı Danimarka Silahlı Qüvvələrinin əsgərləri atəş açmalı olacaqlar.

Xəbər lenti