IMG-LOGO

Yəmənin müdafiə naziri vəzifəsindən azad edilib

09 Jan 2026 00:16 8 baxış
IMG

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd Əl-Alimi müdafiə naziri Muhsen Məhəmməd əl-Daeri vəzifəsindən azad edib.

"Report" xəbər verir ki, bu barədə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

Yəmən Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Aliminin imzaladığı fərmana əsasən, Daeri təkcə müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmayıb, həm də hərbi xidmətdən azad edilib.

Xəbər lenti