"Lənkəran" basketbolçuları "Sərhədçi" ilə oyunda xarakter göstəriblər.
"Report" xəbər verir ki, bunu cənub təmsilçisinin baş məşqçisi Qeorgi Kondruseviçin klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Sərhədçi" üzərində 72:69 hesablı qələbəni şərh edib:
"Komandamı ilin ilk qələbəsi münasibəti ilə təbrik edirəm. Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik. Normal şəkildə hazırlaşmaq imkanımız olmadı. Oyun üçün cəmi 8 basketbolçunun xidmətindən yararlana bildim. Amma oyunçular xarakter göstərdilər və sübut etdilər ki, meydançada bütün gücünü, imkanlarını ortaya qoysan, hər şeyə nail olmaq mümkündür. Mən onlarla qürur duyuram".