Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes həbsdə olan çox sayda məhkumların azad edilməsi ilə bağlı qərar qəbul edildiyini bildirib.
"Report" xəbər verir ki, o, bunu "Venezolana de Television" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu qərar milli birlik, sülh şəraitində birgə yaşayışa dəstək və əməkdaşlıq məqsədilə qəbul olunub.
O, məhkumların azad edilməyə başladığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib. Venesuelanın Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb və bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.
ABŞ Prezidenti Donald Tramp zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, əməliyyat Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib ölkədən çıxarmaq üçün keçirilib.