Niderland və Danimarka Qrenlandiyanın təhlükəsizlik tədbirlərini gücləndirəcək.
"Report" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David Van Vilin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
"Danimarkalı həmkarım Lars Lekke Rasmussen ilə yaxşı fikir mübadiləsi apardıq. Biz Arktika və Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsinin vacibliyini müzakirə etdik. NATO müttəfiqləri olaraq, birgə səylərimizi artırmağa qətiyyətliyik. Mən bir daha vurğuladım ki, Qrenlandiyanın gələcəyi Danimarka və Qrenlandiyanın özü tərəfindən müəyyən edilir", - o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın birləşmiş ştatlara qoşulmasının vacibliyini vurğulayıb. O, hələ ilk prezidentlik müddətində adanı satın almağı təklif edib. 2025-ci ilin martında isə Qrenlandiyanın ilhaqının mümkünlüyü barədə bəhs olunub. Tramp rədd cavabı alacağı təqdirdə Kopenhageni ticarət rüsumları ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddialarını rədd edərək adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.