IMG-LOGO

Hələbdə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb

08 Jan 2026 21:40 5 baxış
IMG

Hələbdə "Suriya Demokratik Qüvvələri"nin (SDQ) silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb və 55 sakin yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Yaralılara lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, Hələbdə SDQ ilə Suriya ordusu arasında toqquşmalar davam edir. Suriya ordusu SDQ-nin mövqelərinə qarşı məqsədyönlü hərbi əməliyyatların başladığını elan edib.

Xəbər lenti