IMG-LOGO

Azərbaycan Yüksək Liqası: "Turan" "Azərreyl"i, UNEC isə "DH Volley"i məğlub edib

08 Jan 2026 20:23 6 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Azərreyl" kollektivi ilə qarşılaşan "Turan" 3:0 hesablı qələbə qazanıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.

Xəbər lenti