IMG-LOGO

Azərbaycan Güləş Federasiyasının əsas hədəfi olimpiadaya lisenziyalar qazanmaqdır

08 Jan 2026 17:47 6 baxış
IMG

Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev ölkə çempionatının açılış mərasimində deyib.

O, çempionatla bağlı düşüncələrini bölüşüb:

"Yanvarda ənənəvi olaraq bu yarışı keçiririk. ​Bildiyiniz kimi, idmançılarımız bir çox yarışlarda uğurla çıxış ediblər. Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır. ​Bu çempionatı bizim üçün çox önəmlidir. ​Çünki burada ən güclü idmançılarımız güclərini göstərəcəklər. ​İlk təsnifat turnirlərinə demək olar ki, bir il vaxt qalıb və bu yarış bizim üçün əsas meyardır. ​Güləşçilər ölkəmizi növbəti il keçiriləcək dünya çempionatında təmsil edəcəklər. ​Bütün idmançılara uğurlar arzu edirəm. ​Burada xaricdən dəvət olunmuş hakimlər də var. İnanıram ki, çox maraqlı görüşlər izləyəcəyik".

Qeyd edək ki, dünən startı verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Xəbər lenti