IMG-LOGO

YAP İlham Əliyevin təşviqat kampaniyasına start verib

15 Jan 2024 01:13 225 baxış
IMG

Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

“Report” xəbər verir ki, partiyanın bununla bağlı açıqlamasında qeyd olunub.

“İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq”, - YAP-ın açıqlamasında vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti