IMG-LOGO

Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”

14 Jan 2024 18:48 183 baxış
IMG

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir.

“Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir qeyd edib.

(2/2) Pour la première fois depuis longtemps, une #paix juste et durable est possible. La Paix a besoin de vérité ; pas de faux récits. @Le_Figaro aidez la paix au lieu de chercher à déstabiliser la situation dans notre région. pic.twitter.com/clx7I7If0M

— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 14, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti