IMG-LOGO

Gürcü politoloq: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək

14 Jan 2024 13:53 199 baxış
IMG

"Düşünürəm ki, fevral və ya martın əvvəllərində biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq".

Bunu "Report"un yerli bürosuna gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.

"Sülh müqaviləsinin imzalanması prosesində ciddi irəlləyişlər var. Bu müqavilə nəinki regionun təhlükəsizliyi üçün vacibdir, eləcə də qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək", - V.Maysaya bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan yeni ağlllı güc tətbiqini nümayiş etdirir:

"Burada həm ağıl, həm də lazım gəldikdə güc tətbiq olunur. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında rolu çox böyükdür".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti