IMG-LOGO

Tbilisidən İstanbul və bir sıra şəhərlərə uçuşlar təxirə salınıb

12 Jan 2024 11:08 170 baxış
IMG

Tbilisi Beynəlxalq Hava Limanından İstanbul, Münhen, Riqa və Dubaya reyslər pis hava şəraitinə görə təxirə salınıb.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, reysləri “Pegasus” və “Türk Hava Yolları” həyata keçirməli idi.

Pis hava şəraiti ötən gün bu hava limanının fəaliyyətində problemlər yaradıb. “Georgian Airways” şirkətinə məxsus Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə duman səbəbindən Tbilisiyə təxminən 4 saat gec enib.

Bundan başqa, İrəvan-Tbilisi reysini həyata keçirən “Air Dilians” şirkətinə məxsus təyyarə İrəvana qayıdıb.

Tehrandan Gürcüstanın paytaxtına uçan “Qeshm Air” şirkətinin təyyarəsi də geri dönməli olub.

Sinoptiklər Gürcüstanda yanvarın 16-dan hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırırlar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti