IMG-LOGO

Ukraynaya 10-dan çox ölkədən nümayəndəsi səfər edəcək

01 Jan 2026 02:18 4 baxış
IMG

Yanvarın 3-də Ukraynada keçirilməsi planlaşdırılan "istəklilər koalisiyası" ölkələrinin milli təhlükəsizlik müşavirlərinin görüşündə 10-dan çox ölkədən nümayəndə iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov özünün telegram kanalında məlumat verib.

"Biz yanvarın 3-də milli təhlükəsizlik müşavirləri formatında avropalı tərəfdaşlarımızla görüş hazırlayırıq. 10-dan çox ölkədən, o cümlədən NATO, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələrinin iştirakı gözlənilir. Amerikalı tərəfdaşlarımızın da onlayn qoşulması gözlənilir", o yazıb.

O, həmçinin əlavə edib ki, o, Ukrayna prezidenti Volodimir Zelenskiyə amerikalı və avropalı tərəfdaşları ilə bugünkü telefon danışığının nəticələri barədə məlumat verib.

"Biz mövqelərimizi razılaşdırdıq və yanvarda avropalı və amerikalı tərəfdaşlarla növbəti görüşləri planlaşdırdıq. Yeni ildə (2026-cı ildə – red.) biz nəzərəçarpacaq nəticələr verməli olan həllər üzərində işi davam etdirəcəyik", - Umerov yekunlaşdırıb.

Xəbər lenti