IMG-LOGO

ABŞ Venesuela nefti satan şirkətləri "qara siyahı"ya salıb

01 Jan 2026 02:50 4 baxış
IMG

ABŞ hakimiyyəti dörd şirkət və eyni sayda neft tankerini Venesuela ilə bağlı sanksiya siyahısına əlavə edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, nazirlik Venesuelanın neft sektorunda işləyən dörd şirkətə sanksiya tətbiq edib və onlarla əlaqəli dörd neft tankerini bloklanmış əmlak kimi təsnif edib. Belə ki, bu şirkətlər və gəmilər Venesuela neftinin daşınması və satışı ilə bağlıdır.

Məhdudiyyətlər Çinin Aries Global Investment Ltd, Corniola Limited, Krape Myrtle Co Ltd və Winky International Limited şirkətlərinə şamil ediləcək. Bundan əlavə, Çin bayrağı altında üzən "Della" və "Valiant" neft tankerləri, Panama bayraqlı "Nord Star" və Qvineya bayrağı ilə daşınan "Rosalind" gəmilərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Xəbər lenti