IMG-LOGO

Tramp və ailəsinin sərvəti 15 ayda təxminən 70% artıb

01 Jan 2026 01:06 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti bir il yarımdan az müddətdə təxminən 70% artıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Agentliyin hesablamalarına görə, Tramp ailəsinin sərvəti son 15 ayda azalmaya baxmayaraq, təxminən 70% artıb və hazırda 6,8 milyard dollar civarında qiymətləndirilir.

Məqalədə deyilir ki, 2025-ci ilə qədər Tramp ailəsinin sərvətinin təxminən 282 milyon dollar artacağı gözlənilir.

Qeyd olunur ki, Amerika lideri və ailəsi üçün gəlir artımının əsas mənbələri kriptovalyutalar, həmçinin onun "Truth Social"a sahib olan media şirkəti "Trump Media"nın dəyərinin artması olub.

Xəbər lenti