IMG-LOGO

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

01 Jan 2026 01:20 4 baxış
IMG

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.

"Report"un yerli bürosu xəbər verir ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya göz açıb.

Qeysər kəsiyi əməliyyatı yolu ilə dünyaya gələn və çəkisi 2,6 kq olan uşaq tam sağlamdır.

Ailədən bildirilib ki, uşağın adı Rəsul olacaq.

Xəbər lenti