IMG-LOGO

"Axios": Tramp və Netanyahu 2026-cı ildə İrana zərbə endirmə ehtimalını müzakirə ediblər

31 Dec 2025 19:41 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada keçirilən görüşdə 2026-cı ildə İrana zərbə endirmək imkanını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumat yayıb.

ABŞ rəsmisi deyib ki, əgər Birləşmiş Ştatlar İranın nüvə proqramını bərpa etmək üçün konkret addımlar atdığına inanarsa, Tramp bu cür zərbələri dəstəkləyəcək. Lakin "gərginlik bərpanın dəqiq nə demək olduğu barədə razılığa gəlməkdən ibarət olacaq", - rəsmi əlavə edib.

Məlumatda Tramp və Netanyahunun ABŞ və İsrailin mümkün yeni zərbələrinin vaxtı və ya onların həyata keçirmə meyarları ilə bağlı konkret razılıq əldə etmədiyi açıqlanır.

Portal qeyd edib ki, Netanyahu Amerika liderinin Mar-a-Laqo malikanəsində yuxarıda adı çəkilən görüşdə Trampın Qəzza zolağı ilə bağlı sülh planının ikinci mərhələsinə keçməyə də razılaşıb. Tramp Netanyahuya sazişə əməl etməsə və tərksilah olunmasa İsrailə Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi güc tətbiq etməsinə icazə verəcəyini vəd edib.

Tramp dekabrın 29-da Netanyahu ilə məsləhətləşmələrdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib ki, "HƏMAS"a tərksilah etmək üçün "çox qısa müddət" veriləcək, əks halda çox yüksək qiymət ödəməli olacaq.

ABŞ Prezidenti daha sonra vurğulayıb ki, prosesə Amerika tərəfdən onun xüsusi nümayəndəsi Stiven Uitkoff, həmçinin kürəkəni və sahibkar Cared Kuşner nəzarət edəcək.

Xəbər lenti