IMG-LOGO

G20 ölkələrinin XİN başçılarının görüşü 30-31 oktyabr tarixlərində keçiriləcək

31 Dec 2025 11:44 2 baxış
IMG

"İyirmilər qrupu" ölkələrinin xarici işlər nazirlərinin ABŞ-nin sədrliyi ilə görüşü 2026-cı il 30-31 oktyabr tarixlərində keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-nin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı məsələləri ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev sosial şəbəkələrdə bildirib.

"Dörd ekspert formatı yaradılıb: ticarət, innovasiyalar, energetika və iqtisadi artım məqsədilə tənzimləmənin aradan qaldırılması. İl ərzində elan edilmiş məsələlər üzrə beş nazirlər konfransı, həmçinin 30-31 oktyabrda XİN başçılarının görüşü keçiriləcək", - o qeyd edib.

Xəbər lenti