IMG-LOGO

"Azexport"la indiyə qədər 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib

25 Dec 2025 12:04 3 baxış
IMG

İndiyə qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı vasitəsilə 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, bunun 10-u 2025-ci ilin payına düşüb.

Sertifikat qida, kosmetik məhsullar, tibbi ləvazimat və avadanlıqlar daxil olmaqla bəzi sektorlar üzrə məhsulun ixrac olunduğu ölkənin müvafiq standartlarına cavab verdiyini, həmçinin istehsalçının həmin məhsulun Azərbaycanın daxili bazarında sərbəst satışını həyata keçirdiyini təsdiq edən rəsmi sənəddir.

Sertifikat ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq təqdim olunur, xrac olunan malın aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və qüvvədə olan standartlara cavab verdiyini təsdiqləyir.

Sərbəst satış sertifikatları əsasən Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq, Gürcüstan, Rusiya, Bolqarıstan, İndoneziya, Filippin, Vyetnam, İsrail, eləcə də Yaxın Şərq və Ərəb ölkələri, Avropa, Asiya, Afrika, Amerika və Cənub-Şərqi Asiya regionlarının bir sıra ölkələrinə ixrac zamanı istifadə olunub.

Sertifikatın dəyəri bir məhsul üzrə 20 manatdır. Eyni məhsul üzrə hər əlavə ölkə üçün təqdim edilən sertifikatlara görə 5 manat ödəniş tutulur. Elektron müraciətlərə baxılması və sertifikatın verilməsi adətən 1–3 iş günündə həyata keçirilir.

Bu elektron xidmət ixrac prosedurlarının sadələşdirilməsinə, sahibkarlar üçün inzibati yükün azaldılmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Xəbər lenti