IMG-LOGO

Sumqayıtda 1000 abonentin qaz təchizatında fasilə yaranacaq

25 Dec 2025 12:06 2 baxış
IMG

Bu gün Sumqayıt şəhərində 1 000 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq, bu gün saat 13:00-dan etibarən qeyd olunan ərazidə 1 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.

Xəbər lenti