IMG-LOGO

Alça ağacı qışda bar verdi - AZƏRBAYCANDA

25 Dec 2025 10:50 5 baxış
IMG
1 0

Lənkəranda alça ağacı bar gətirib.

Lent.az xəbər verir ki, adətən may ayında bar verən alça ağacı, qışın bu fəslində yenidən çiçəkləyib. Artıq ağacın üstündə məhsul da var.

Noyabr-dekabr aylarının mövsümə uyğun deyil, isti keçməsi, bəzi meyvə ağaclarının da yenidən oyanmasına səbəb olub. Bunun bariz nümunəsi Lənkəran rayonunun Şağlaser kəndində, 79 yaşlı Penci Ağayevin həyətində olan alça ağacının yenidən məhsul verməsidir. Penci baba bildirir ki, alça ağacını 10 il olar əkib. Qırmızı növ olan alçadır. Ağac həmişə bol məhsul verib. Amma ikinci dəfə bar verməsini görməyib.

"Belə hadisələr olur. Görmüşəm əvvəllər. İsti keçir, görürsən ağaclar oyanırlar, gül açıblar. Bundan başqa sahədə də yaşıl olan ağaclar var. Mənim 50 yaşım olanda görmüşəm. Birini dərib yemişəm ləzzətlidir. Hələ bu təzədir. Tam yetişməsə də, turşuluq həməndir. Yetişəndə dəyişir".

Hazırda ağacın yenidən canlanması, yaşıllaşıb gül açması müşahidə olunur. Penci baba onu da əlavə etdi ki, temperatur minimuma enib şaxtalı havalar olmasa, ağac meyvəni saxlayıb yay fəslində olduğu dadı da verə bilər.

Alça ağacı bar gətirdi qışda bar verən ağaclar qışda ağac bar gətirdi

Xəbər lenti