IMG-LOGO

"Xinhua": Çində mədəndə baş verən qəza nəticəsində dörd nəfər ölüb

25 Dec 2025 05:28 5 baxış
IMG

Çinin Yunnan əyalətində (Cənub-qərbi Çin) yerləşən şaxtada kömür və qazın qəfil püskürməsi baş verib, nəticədə xilasedicilər dörd nəfərin meyitini aşkar ediblər, daha üç nəfər isə itkin düşmüş hesab olunur.

"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi Cjenzyun qəzasının administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 24-də yerli vaxtla saat 20:10-da (Bakı vaxtı ilə 16:10) "Dayin" kömür şaxtasında baş verib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti