IMG-LOGO

Nigeriyada məsciddə partlayış olub, ölənlər var

24 Dec 2025 23:44 62 baxış
IMG

Nigeriyanın şimal‑şərqində yerləşən məsciddə ibadət zamanı partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Vanguard" qəzeti yazıb.

Məsciddə quraşdırıldığı güman edilən kustar üsulla hazırlanmış partlayıcı qurğular möminlər ibadət edərkən işə düşüb. Hadisə saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) qeydə alınıb.

AFP-nin təhlükəsizlik xidmətindən olan mənbəyə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yeddi nəfər həlak olub.

Mənbə: report.az

Xəbər lenti