IMG-LOGO

WP: ABŞ anbarları qeyri-qanuni miqrantların saxlanma mərkəzlərinə çevirmək niyyətindədir

24 Dec 2025 21:52 5 baxış
IMG

Vaşinqton administrasiyası deportasiya prosesini sürətləndirmək məqsədilə bir sıra ştatlardakı sənaye anbarlarını qeyri-qanuni miqrantların saxlanma mərkəzlərinə çevirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti yazıb.

Nəşrdə qeyd olunub ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin daxili sənədləri hökumətin "sənaye anbarlarının yenidən qurulması" üçün podratçıları cəlb etməyi nəzərdə tutduğunu göstərir. Planlaşdırılır ki, həmin anbarlar deportasiya öncəsi "eyni vaxtda 80 mindən çox saxlanılan miqrantı" yerləşdirəcək mərkəzlərə çevrilsin. Gözlənilir ki, bu məqsədlə Virciniya, Texas, Luiziana, Arizona, Corciya və Missuri ştatlarında əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən iri anbarlar seçiləcək.

Məlumata görə, yeddi böyük mərkəzin yaradılması nəzərdə tutulur ki, hər birində 5–10 min miqrant saxlanılsın. Bundan əlavə, maksimum 1,5 min nəfərlik tutuma malik 16 kiçik mərkəz də qurulacaq. Qəzet dəqiqləşdirib ki, bu planlar hələ yekun deyil və dəyişdirilə bilər.

Xəbər lenti