IMG-LOGO

Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib

24 Dec 2025 19:07 3 baxış
IMG

Azərbaycan İdman Akademiyasının akt zalında Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.

Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, qurumun baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkili Könül Nurullayeva, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, veteranlar Azərbaycan idmanının formalaşmasında və inkişafında mühüm rol oynayır, onların zəngin təcrübəsinin gənc nəslə ötürülməsi isə dövlətin idman siyasətinin əsas prioritetlərindəndir.

Qeyd olunub ki, Azərbaycan İdman Veteranları İctimai Birliyi son dövrdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib və qarşıdakı illərdə daha böyük layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Tədbirin sonunda il ərzində fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.

Xəbər lenti