IMG-LOGO

Sinan Akçıla 50 minlik CƏZA

24 Dec 2025 19:20 4 baxış
IMG
0 0

Məşhur bəstəkar, musiqiçi və müğənni Sinan Akçıla qarşı məhkəmə icra prosesi başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Akçıla məxsus mikroavtobus 2014-cü ilin oktyabr ayında bir dayanacağa aparılıb. Avtomobil uzun müddət təxminən 10 il ərzində götürülmədiyi üçün dayanacaq və çəkici xərcləri yığılıb. Dayanacağı idarə edən şirkət bu müddət ərzində yaranan borcun təxminən 50 min lirə olduğunu bildirərək icra takibi başladıb.

Sinan Akçılın vəkili isə bu icraya etiraz edib və proses müvəqqəti dayandırılıb. Daha sonra şirkət etirazın ləğvi üçün məhkəməyə müraciət edib. İstanbul 19-cu Asliye Hüquq Məhkəməsi işi araşdıraraq qərar verib ki, avtomobilin dayanacaqda saxlanıldığı müddət ərzində yaranan borca görə Sinan Akçıl məsuliyyət daşıyır.

Məhkəmə qərarına əsasən icra prosesi 50 min lirə əsas borc üzərindən davam etdiriləcək. Lakin şirkətin tələb etdiyi icra inkar təzminatı qəbul edilməyib. Qərardan sonra Sinan Akçıla aid bank hesablarına və şirkətlərinə icra bildirişləri göndərilib. Avtomobil isə hələ də dayanacaqda saxlanılır.

Maqazin Şou xəbərlər Sinan Akçıl

Xəbər lenti