IMG-LOGO

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

24 Dec 2025 15:50 3 baxış
IMG
0 0

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,  dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hava proqnozu

Xəbər lenti