"Uşaqlar arasında yayılan qrip virusunun ilk yayılma dövrü yanvar-fevral ayında olur".
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.
"Son zamanlarda insanlar arasında yeni virusun yayılması ilə bağlı xəbərlər şayiədir. Bu virus digər viruslardan daha ağır olur və uzunmüddətli öskürəyə səbəb olur. Fəsadları daha ağır olduğundan belə fikir formalaşır ki, uşaqlar arasında yeni virus yayılıb. Amma belə deyil. Daim epidemioloji nəzarət tədbirləri həyata keçirilir və yeni virusa rast gəlinməyib", - o bildirib.
qrip