IMG-LOGO

"Hyundai" 50 mindən çox avtomobili geri çağıracaq

24 Dec 2025 14:47 3 baxış
IMG

"Hyundai" şirkəti ABŞ-də qoşqunun qoşulması üçün nəzərdə tutulmuş naqil dəstəsindəki qüsur səbəbindən 51 587 avtomobili geri çağırıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli yol hərəkəti təhlükəsizliyi idarəsi bildirib.

Bu qüsur qısa qapanma və yanğına səbəb ola bilər.

"Ehtiyat tədbiri olaraq, təmir tamamlanana qədər avtomobil sahiblərinə küçədə və binalardan uzaqda park etmələri tövsiyə edilib. Dilerlər naqil dəstəsini təmənnasız dəyişəcək", - idarə qeyd edib.

Daha əvvəl "Hyundai" ABŞ-dən 135 386 "Santa Fe" avtomobilini geri çağırdığını elan etmişdi. Məsələ ondadır ki, avtomobillərdə starter düzgün quraşdırılmayıb, bu da gələcəkdə qəza zamanı qısa qapanma və ya yanğın yarada bilər.

Xəbər lenti