IMG-LOGO

Bəşir İsazadə: "Əsas hədəflərimdən biri Azərbaycan güləş hakimliyinin inkişafına töhfə verməkdir"

24 Dec 2025 13:29 3 baxış
IMG

I-S kateqoriyasına yiyələnən Bəşir İsazadənin əsas hədəflərindən biri Azərbaycan güləş hakimliyinin inkişafına, güclənməsinə töhfə verməkdir.

Ədalət təmsilçisi bu barədə "Report"a açıqlama verib.

O, güləşdə ən yüksək dərəcəyə sahib olması ilə bağlı fikirlərini bölüşüb:

"I-S kateqoriyasına yiyələnməyim ilsonu hədiyyəsi oldu. Arzuladığım yerdə olduğum üçün şadam. Bu dərəcəyə yüksəlməyimdə böyük payı olan Azərbaycan Güləş Federasiyasına, Hakimlər Kollegiyasına və digər təcrübəli həmkarlarıma təşəkkürümü bildirirəm".

Referi ilk hədəfinin 2026-ci ildə Bəhreyndə böyüklər arasında keçiriləcək dünya çempionatında iştirak etmək olduğunu vurğulayıb:

"Növbəti məqsəd olimpiadaya qatılmaqdır. Əlbəttə, Azərbaycan güləş hakimliyinin inkişafına, güclənməsinə töhfə vermək də əsas hədəflərdəndir".

Bəşir İsazadə 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak ehtimalına da toxunub:

"Arzu, istək və əzm olduğu müddətcə istənilən hədəfə çatmaq mümkündür. Hər hakim kimi öz şanslarımı 50% dəyərləndirirəm".

Xəbər lenti