IMG-LOGO

Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub

24 Dec 2025 13:46 3 baxış
IMG

Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərindəki avadanlıqlar Rusiya Silahlı Qüvvələrinin iki gün davam edən dron hücumlarından sonra dayanıb.

"Report" xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Rusiya son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 dron buraxıb.

"Rusiya ikinci gündür ki, neft-qaz infrastrukturunu hədəf alır. Son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 "Şahid" atılıb. Ciddi dağıntılar var. Avadanlıqlar işləmir. Xilasedicilər və şirkətin mütəxəssisləri bu hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər", - S.Koretski qeyd edib.

Xəbər lenti