Ev üsulları ilə boğaz ağrısını tez yüngülləşdirməyin yolları
Lent.az xarici mediaya istinasdla xəbər verir ki, səhərlər boğazın niyə ağrıdığını və bunu adi konfetlər vasitəsilə necə aradan qaldırmağın yollarını izah edir:
Qış aylarında boğaz ağrısı daha tez-tez narahat edir. Dərmanlara pul xərcləmək isə hər zaman düzgün seçim olmur. Həkimlərin tövsiyə etdiyi beş sadə ev üsul var. Bu məsləhətlərə əməl etdikdə, boğazda göynəmə və qıcıqlanmanın azaldığını hiss edəcəksiniz. Boğaz ağrısı çox vaxt soyuqdəymə, qrip və ya digər virus infeksiyalarını müşayiət edir və selikli qişa iltihablandıqda ortaya çıxır. Bu isə udmanı və danışmağı çətinləşdirir.
Çay
Gün ərzində bir fincan çobanyastığı və ya yaşıl çay şişkinliyi azalda bilər. Klinika Klevlenddə çalışan ailə təbabəti üzrə mütəxəssis, doktor Emi Zak bu xoş ətirli içkini tövsiyə edir.
Şəkər və ya bal
Şirinləşdirilmiş sundan bir neçə qurtum içmək belə böyüklərdə öskürək əlamətlərini yüngülləşdirə bilər. Suya bir qaşıq bal da əlavə etmək olar. Ancaq unutmayın: bal 1 yaşdan kiçik uşaqlara uyğun deyil, çünki nadir, lakin ciddi xəstəlik olan uşaq botulizmi riskini artıra bilər.
Duz
İlıq duzlu su ilə boğazın qarqarası (240 millilitr suya yarım çay qaşığı duz) şişkinliyi azaldır, ağrını yüngülləşdirir və seliyi təmizləyir.
Araşdırmalar göstərib ki, bu üsul antiseptik ağız yaxalayıcılarından daha effektivdir. Saatda bir dəfə təkrarlamaq olar.
Acı bibər və ya acı sous
Acı bibər yeməyi və ya ən azı acı sousdan istifadə etməyi tövsiyə edir. Çünki onların tərkibində iltihabla mübarizə aparan və ağrını bloklayan təbii maddə kapsaisin var.
Bir neçə damcı acı sousu ilıq suya əlavə edib boğazınızı qarqara edə bilərsiniz. Kapsaisin seliyi durulaşdırır və bu da öskürəyi və boğaz ağrısını effektiv şəkildə azalda bilər. Lakin eyni zamanda selik ifrazını artıra, nəticədə burun axıntısının çoxalmasına səbəb ola bilər.
Pastillər (sorulan konfetlər)
Əlbəttə, tüpürcək ifrazını stimullaşdıran və boğazın nəmliliyini qoruyan pastillərsiz olmaz. Mentollu pastillərdən istifadə edin – beləliklə göynəmə daha tez keçəcək.
Yeri gəlmişkən, həkimlər səhərlər niyə boğaz ağrısı və öskürək hiss etdiyimizi də izah ediblər, halbuki özümüzü xəstə hesab etmirik. Bu, gecə saatlarında boğazın çox quruması ilə bağlıdır. Pastil, bərk konfet və ya tüpürcək ifrazını artıran hər hansı vasitədən istifadə boğazın nəm qalmasına kömək edir.
Sağlıq Boğaz ağrısı