IMG-LOGO

Ukraynalı olimpiya çempionu vəfat edib

24 Dec 2025 11:37 2 baxış
IMG

Ukraynalı olimpiya çempionu Anatoli Bondarçuk vəfat edib.

"Report" "Sport.ua"ya istinadən xəbər verir ki, 2004-cü ildən Kanadanın Kemlups şəhərində yaşayan atlet 85 yaşında ölüb.

Onun ölümünün səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, A.Bondarçuk 1972-ci ildə çəkicatma yarışlarında olimpiya rekordu ilə qızıl medala sahib olub. Sabiq idmançı həmçinin 1969-cu ildə Avropa çempionatının qalibi olub. Bundan əlavə, 4 dəfə SSRİ çempionatında qalib gəlib.

Xəbər lenti