IMG-LOGO

Sədr müavini: Din Xadimlərinin forumunda bütün dini konfessiyaların nümayəndələri iştirak edir

24 Dec 2025 11:42 2 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların, o cümlədən dini icmaların xadimləri bu forumda təmsil olunublar.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Din Xadimlərinin II Forumun çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi, İslam dini icmaları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xristian icmaları - Rus Pravoslav və Gürcü Pravoslav kilsələri, həmçinin Lüteran kilsəsi və digər xristian icmaları da forumda təmsil olunublar:

"Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının hamısı - Dağ yəhudiləri, Avropa yəhudiləri və Azərbaycan sefard yəhudiləri - forumun işində iştirak edir.

Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, ənənəvi dini konfessiyalarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş, sayından asılı olmayaraq kiçik icmalar da forumda təmsil olunublar. Məsələn, Bəhai icması ilə Krişna şüuru dini icması da Azərbaycan din xadimlərinin forumunda iştirak edir".

G.İsmayılov vurğulayıb ki, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-İslam dini icmaları da forumdan kənarda qalmayıblar:

"Forumun aktuallığını artıran əsas məqamlardan biri də ondan ibarətdir ki, bu gün ölkəmizdə dövlət–din münasibətləri ilə bağlı mühüm mövzuların demək olar, hamısı forumun panellərində müzakirə ediləcək. Ppanellərin mövzularına Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıq dəyərləri, eləcə də qadın hüquqları kimi aktual məsələlər məsələlər daxildir".

Xəbər lenti