IMG-LOGO

Safi Arpaquş: Qlobal problemlər fonunda müsəlmanlar passiv duruma düşüblər

24 Dec 2025 10:39 2 baxış
IMG

Qlobal problemlər fonunda müsəlmanlar passiv duruma düşüblər.

"Report" xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan Din Xadimlərinin II Forumunun açılış mərasimindəki çıxışında deyib.

O qeyd edib ki, hazırda bəşəriyyət çətin dönəmdən keçir:

"Dünyadakı xaos hər ötən gün daha da dərinləşir. Başda Fələstin olmaqla bir çox bölgələrdə münaqişə ocaqları mövcuddur. Belə bir vəziyyətdə sülh və firavanlığın olacağı dünyanın qurulmasına böyük ehtiyac var. Ona görə də din qurumlarının birlikdə işləməyi, birgə layihələr hazırlaması vacibdir. Biz buna hər zaman hazırıq".

Xəbər lenti