Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Sabirabadda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, M. Məmmədovun dekabrın 26-da bu rayonda keçirəcəyi vətəndaş qəbulunun vaxtı yanvarın 9-na dəyişdirilib.
Vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.