IMG-LOGO

Venesuelanın BMT-dəki səfiri: ABŞ Karib dənizini ilhaq etməyə çalışır

24 Dec 2025 04:43 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Venesuelanı yenidən müstəmləkəyə çevirməyə çalışır.

"Report"un məlumatına görə, bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bildirib.

"ABŞ Prezidenti 200 il geriyə getmək, Venesuelanı müstəmləkə etmək istəyir", - Monkada deyib.

Diplomat həmçinin ABŞ-ın faktiki olaraq bütün Karib dənizini ilhaq etdiyini və Venesuelanın dəniz blokadasının müharibə cinayətindən başqa bir şey olmadığını qeyd edib.

Venesuela 1811-ci ildə İspaniyadan müstəqilliyini elan edib.

Xəbər lenti