IMG-LOGO

Ali Məhkəmə Trampın hərbçiləri Çikaqoya yerləşdirmək istəyinə qarşı çıxıb

24 Dec 2025 03:17 5 baxış
IMG

ABŞ-də Ali Məhkəmə, Prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqton administrasiyasının iğtişaşları yatırmaq üçün Çikaqoya Milli Qvardiya yerləşdirmək istəyinə qarşı çıxıb və buna icazə verməyib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin ən yüksək məhkəməsinin dərc olunmuş qərarında deyilir.

Məhkəmə prosesinin bu ilkin mərhələsində hökumət İllinoys ştatında qanunları tətbiq etmək üçün orduya imkan verəcək səlahiyyət mənbəyini müəyyən edə bilməyib.

Qeyd edildiyi kimi, Vaşinqton administrasiyasının bu cür addımları yalnız müstəsna hallarda mümkündür. Lakin qərar qəti deyil; Ali Məhkəmə məsələni nəzərdən keçirməyə davam edəcək.

Xəbər lenti